
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Aparatın bir qrup əməkdaşı 8 Noyabr - Zəfər Günündə Fəxri xiyabanı ziyarət edərək, Ulu Öndər Heydər Əliyevin xatirəsini hörmətlə yad ediblər. Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı ziyarət olunub.
Qeyd edək ki, ölkəmizdə ilk dəfə qeyd olunan Zəfər Günü münasibətilə Ombudsmanın Aparatı və regional mərkəzləri tərəfindən bir sıra tədbirlər təşkil edilib.