Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatı ilə Bolqarıstanın Ayrı-seçkiliyə qarşı Müdafiə üzrə Komissiyası arasında Anlaşma Memorandumu imzalanıb

28-09-2021 275 dəfə oxunub
Ombudsman Aparatı ilə Bolqarıstanın Ayrı-seçkiliyə qarşı Müdafiə üzrə Komissiyası arasında Anlaşma Memorandumu imzalanıb

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstanın Ayrı-seçkiliyə qarşı Müdafiə üzrə Komissiyasının rəhbəri Ana Cumaliyevanın rəsmi dəvəti ilə Sofiya şəhərində işgüzar səfərdədir.

Səfərin əsas məqsədi ayrı-seçkiliyə qarşı mübarizə ilə bağlı təcrübə mübadiləsi aparılması və iki qurum arasında əməkdaşlığın gücləndirilməsidir. Bu məqsədlə iki qurum arasında Anlaşma Memorandumu imzalanıb. 

Anlaşma Memorandumunda ombudsmanlar arasında iki ölkə vətəndaşlarının hüquqlarının təmini məqsədilə qarşılıqlı məlumat mübadiləsinin gücləndirilməsi, insan hüquqlarının müdafiəsi sahəsində elmi konfranslar, seminarlar və təlimlərin təşkili ilə bağlı məsələlər əks olunub. 

Səfər çərçivəsində Ombudsmanın görüşləri davam edir.