Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının nümayəndə heyəti Tərtərdə birgə faktaraşdırıcı missiya həyata keçirir

24-09-2021 232 dəfə oxunub
İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının nümayəndə heyəti Tərtərdə birgə faktaraşdırıcı missiya həyata keçirir

Ombudsman Səbinə Əliyevanın dəvəti ilə ölkəmizdə rəsmi səfərdə olan İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) ekspertlərdən ibarət nümayəndə heyəti növbəti birgə faktaraşdırıcı missiyanı 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən dəfələrlə atəşə məruz qalmış Tərtər rayonunda həyata keçirir.

Nümayəndə heyətinin üzvləri müharibə dövründə beynəlxalq humanitar hüququn qaydalarına zidd olaraq yaşayış məntəqələrinin atəşə tutulması faktları ilə yerində tanış olublar.

Faktaraşdırıcı missiya çərçivəsində qonaqlar əvvəlcə Tərtər şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən qadağan olunmuş silahlardan istifadə edilərək atəşə məruz qalmış yaşayış binalarına və digər sosial obyektlərə baxış keçiriblər. Nümayəndə heyəti zərərçəkmiş sakinlərlə görüşdə İkinci Qarabağ müharibəsi zamanı mülki əhaliyə qarşı törədilən müharibə cinayətləri barədə məlumatlandırılıb. Daha sonra İƏT MDİHK-nın nümayəndə heyəti insan tələfatına və mülki obyektlərin dağıdılmasına səbəb olmuş ağır artilleriya və raket hücumları ilə bağlı sübutlarla da yerində tanış olub.

Qeyd edək ki, nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.