Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının nümayəndə heyəti Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində olub

23-09-2021 272 dəfə oxunub
İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının nümayəndə heyəti Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində olub

İslam Əməkdaşlıq Təşkilatının Müstəqil  Daimi İnsan Hüquqları Komissiyası (İƏT MDİHK) nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri çərçivəsində növbəti görüşü Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) olub.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində birgə həyata keçirəcəkləri faktaraşdırıcı missiya və tarixi-mədəni abidələrə qarşı törədilmiş vandalizm hallarının monitorinqi ilə bağlı ANAMA-nın sədri Vüqar Süleymanovla görüşən qonaqlar ərazilərin minalardan təmizlənməsi mövzusunda geniş müzakirələr aparıblar.

ANAMA-nın sədri Ermənistanın mina xəritələrini təqdim etməməsinin nəticəsi olaraq, insanların həyat və sağlamlığında yaratdığı ciddi təhlükələri diqqətə çatdırıb.

Görüşdə bildirilib ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından uzun müddət keçməsinə baxmayaraq, Ermənistan tərəfindən mina xəritələrini təqdim etməməsi səbəbindən işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri istiqamətində dövlət əhəmiyyətli layihələrin həyata keçirilməsində maneələr yaranır.

Qeyd edək ki, faktaraşdırıcı missiya çərçivəsində nümayəndə heyəti  işğaldan azad edilmiş bölgələrə səfər edəcəkdir.