Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının nümayəndə heyəti Azərbaycan Respublikasının Milli Məclisində olub

23-09-2021 230 dəfə oxunub
İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının nümayəndə heyəti Azərbaycan Respublikasının Milli Məclisində olub

Faktaraşdırıcı missiya həyata keçirəcək nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri çərçivəsində bir sıra qurumlarda görüşləri nəzərdə tutulub.

İƏT MDİHK-nın nümayəndə heyəti və Ombudsman Aparatının rəhbəri, İƏT MDİHK-nın üzvü Aydın Səfixanlı Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Əli Hüseynli ilə görüşüblər.

Görüşdə nümayəndə heyətinin işğaldan azad edilən, həmçinin Vətən müharibəsi zamanı hərbi əməliyyatların aparıldığı ərazilərdən uzaqda yerləşən, mülki əhali və obyektləri hədəfə alan raket hücumları nəticəsində dağıdılmış  ərazilərdə həyata keçirəcəyi birgə faktaraşdırıcı missiya, habelə tarixi-mədəni abidələrə qarşı törədilmiş vandalizm hallarının monitorinqi ilə bağlı məsələlər  müzakirə edilib.

Nümayəndə heyətinin ölkəmizdə faktaraşdırıcı missiyası çərçivəsində rəsmi görüşləri davam edir.