Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində olub

15-09-2021 205 dəfə oxunub
İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində olub

İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri çərçivəsində növbəti görüşü Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) baş tutub.

ANAMA-nın sədri Vüqar Süleymanovla görüşən qonaqlar Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirəcəkləri birgə faktaraşdırıcı missiya və mədəni tarixi abidələrə qarşı törədilmiş vandalizm hallarının monitorinqi ilə bağlı müzakirə aparıblar.

ANAMA-nın sədri üçtərəfli bəyanatın imzalamasından xeyli müddət keçməsinə baxmayaraq, Ermənistanın mina xəritələrinin təqdim edilməsi ilə bağlı sistematik addımlar atmamasını diqqətə çatdırıb.

Görüşdə bildirilib ki, mina xəritələrinin təqdim edilməməsi insanların həyat və sağlamlığına ciddi təhlükə yaratmaqla bərabər, işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri istiqamətində dövlət əhəmiyyətli layihələrin həyata keçirilməsinə maneə törədir.

Qeyd edək ki, faktaraşdırıcı missiya çərçivəsində nümayəndə heyəti  işğaldan azad edilmiş bölgələrə səfər edəcəkdir.