Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti Azərbaycan Respublikasının Milli Məclisində olub

15-09-2021 254 dəfə oxunub
İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti Azərbaycan Respublikasının Milli Məclisində olub

Xəbər verildiyi kimi, İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) Prezidenti Şərəf Malkoçun rəhbərlik etdiyi və İƏT OA-nın Baş katibi müşavirinin iştirakı ilə nümayəndə heyəti Azərbaycan Ombudsmanının dəvəti ilə ölkəmizdə rəsmi səfərdədir.

Nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri çərçivəsində bir sıra qurumlarda görüşləri nəzərdə tutulub. İƏT Ombudsmanlar Assosiasiyasının Prezidenti, Baş katibinin nümayəndə heyəti və Ombudsman Səbinə Əliyeva Azərbaycan Respublikası Milli Məclisinin spikeri Sahibə Qafarova ilə görüşüblər.

Görüşdə Azərbaycan, Türkiyə və Pakistan arasında dostluq münasibətlərinin tarixi faktlara dayandığı qeyd olunub, üç ölkə arasında siyasi, iqtisadi və mədəniyyət sahələrində əməkdaşlığın çox yüksək səviyyədə olduğu bildirilib.

Bundan əlavə, görüşdə nümayəndə heyətinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirəcəkləri birgə faktaraşdırıcı missiya və mədəni-tarixi abidələrə qarşı törədilmiş vandalizm hallarının monitorinqi ilə bağlı müzakirə aparılıb.

Qeyd edək ki, faktaraşdırıcı missiya çərçivəsində nümayəndə heyəti işğaldan azad edilmiş bölgələrə səfər edəcəkdir.