Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Quba Regional Mərkəzi onlayn vebinar keçirib

17-05-2021 241 dəfə oxunub
Ombudsmanın Quba Regional Mərkəzi onlayn vebinar keçirib

Ombudsmanın Quba Regional Mərkəzi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Quba bölgəsi üzrə Qazılığı və Quba Dövlət Sosial İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” adlı vebinar keçirilib.

Ombudsmanın Quba Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev tədbir iştirakçılarını Ombudsman Səbinə Əliyevanın adından salamladıqdan sonra məişət zorakılığının qarşısının alınması istiqamətində Ombudsmanın fəaliyyəti, o  cümlədən “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nında nəzərdə tutulmuş tədbirlərin icrası haqqında məlumat verib.

DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini qeyd edib ki, insanların savadlılığının artırılması, tərəflərin biri-birinə insani münasibətlər aşılamaqla yaşamasının əsas həll yolu olduğunu bildirib.

QMİ-nin Quba rayonu üzrə səlahiyyətli nümayəndəsi İslam dinində qadın və ailə dəyərlərinə verilən qiymətdən danışıb.

Quba Dövlət Sosial İqtisadi Kollecinin şöbə müdiri və kollecin psixoloqu çıxış edərək bildiriblər ki, günümüzdə azyaşlı qızların erkən nikaha cəlb olunması probleminin qarşısının alınması yolları barədə fikirlərini bölüşüblər.