Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Azərbaycan və Özbəkistan ombudsmanları arasında görüş keçirilib

17-06-2021 241 dəfə oxunub
Azərbaycan və Özbəkistan ombudsmanları arasında görüş keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Özbəkistan Respublikasının Ali Məclisinin İnsan Hüquqları üzrə Müvəkkili Feruza Eşmatova ilə görüş keçirib.

Görüşdə iki ölkənin tarixi dostluq və qardaşlıq münasibətlərindən danışılıb, ombudsman təsisatları arasında davamlı əməkdaşlıq əlaqələrinin mövcud olduğu qeyd olunub.

Görüş zamanı Azərbaycan Ombudsmanı mandatı və fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib.

Ombudsman Ermənistan və Azərbaycan arasında Vətən müharibəsi dövründə Ermənistan ordusunun Azərbaycanın mülki əhalisini hədəfə alan hücumları ilə bağlı həyata keçirdiyi faktaraşdırıcı missiyalar çərçivəsində hazırladığı insan hüquqlarına dair xüsusi hesabatlar barəsində danışıb.  

Qeyd olunub ki, azad edilmiş ərazilərdə Ermənistan tərəfindən işğal dövründə basdırılmış minalar orada normal həyatın bərpa olunmasına çox ciddi problemlər yaradır, regionda sülhü və stabilliyi təhdid altına qoyur. Ombudsman müharibə bitdikdən sonra azad olunmuş ərazilərdəki minaların partlamasının çox sayda insanın həyatını itirməsi və ya xəsarətlər alması ilə nəticələndiyini diqqətə çatdırıb.

Öz növbəsində Feruza Eşmatova Özbəkistan Ombudsman Aparatının fəaliyyəti haqqında məlumat verib. O, iki qurum arasında səmərəli əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə hazır olduğunu qeyd edib. 

Tərəflər qurumlar arasında yeni ikitərəfli memorandumunun imzalanması ilə bağlı razılıq əldə ediblər.