Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Milli Məclisin Komitəsinin onlayn dinləməsində təkliflər səsləndirib

29-04-2021 205 dəfə oxunub
Ombudsman Milli Məclisin Komitəsinin onlayn dinləməsində təkliflər səsləndirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Milli Məclisin Ailə, qadın və uşaq problemləri komitəsi“Azərbaycan Ailə Strategiyasının formalaşması hüquq müstəvisində” mövzusunda onlayn dinləmə keçirib. Dinləmədə komitənin üzvləri, müxtəlif dövlət qurumlarının rəhbər və nümayəndələri iştirak edərək fikir mübadiləsi aparıblar.

Ombudsman Səbinə Əliyeva çıxış edərək, məişət zorakılığı, erkən nikahlar, təhsildən yayınma halları, qeyri-rəsmi nikahlar yaxud dini kəbinlər, boşanma və aliment ödənilməsi ilə bağlıcəmiyyətimizi narahat edən problemlərinhəlli yollarının araşdırılmasının, o cümlədən bu barədə müzakirələrin təşkilinin çox vacib olduğunu bildirib.

Qeyd edilib ki,Strategiyada Beynəlxalq Əmək Təşkilatının ratifikasiya olunmuş “Ailə öhdəlikləri olan işçilər haqqında Konvensiya”sına uyğun olaraq işləyən valideynlər üçün uşağa baxmanın asanlaşdırılması, aliment fondunun yaradılması, məktəbəqədər təhsil müəssisələrinin, uşaq günərzi qayğı və icma əsaslı reabilitasiya mərkəzlərinin sayının artırılması, həmçinin ailə planlaşdırma xidmətlərinin inkişaf etdirilməsi və digər bu kimi məsələləriilə bağlı tədbirlərin nəzərdə tutulması mühüm əhəmiyyət kəsb edir.

S.Əliyeva Ombudsmanın Aparatı və regional mərkəzləri tərəfindən müxtəlif vaxtlarda bölgələrdə, ucqar rayon və kəndlərdə yaşayan qadınlar üçün maarifləndirici seminar və məşğələlər keçirildiyini bildirib.Ombudsman diqqətə çatdırıb ki, intensiv maarifləndirmə tədbirləri nəticəsində yüzlərlə qadın öz hüquqları barədə məlumatlandırılıb, onlara təmənnasız hüquqi məsləhətlər verilib.