Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunmuş vebinarda çıxış edib

26-04-2021 210 dəfə oxunub
Ombudsman Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunmuş vebinarda çıxış edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya işğaldan azad edilmiş ərazilərdə mədəni sərvətlərin sahibləri haqqında” mövzusunda vebinarda çıxış edib.

23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü və 26 Aprel - Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr edilmiş vebinar Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının dəstəyi ilə təşkil edilib. 

Ombudsman çıxışında Ermənistan tərəfindən30 ilə yaxın davam etmiş işğal dövrü ərzində maddi-mədəni sərvətlərimizin amansızcasına talan edildiyini, azərbaycanlıların hüquqlarının kobudcasına pozulduğunu, ölkəmizə külli miqdarda maddi ziyan vurulduğunu qeyd edib. 

S.Əliyeva işğaldan azad edilmiş ərazilərdə dağıdılmış abidələrlə bağlı monitorinqlərin abidələrin hansı vəziyyətdə təhvil alınmasının sübutu olaraq vacib əhəmiyyət daşıdığını vurğulayıb. Ombudsman ermənilər tərəfindən xüsusən İslam mədəniyyətinə aid məscidlər, türbələr və digər abidələrə qarşı vandalizm aktları həyata keçirildiyini, bunun azərbaycanlılara qarşı nifrətin təzahürü olduğunu diqqətə çatdırıb. Bununla yanaşı, Ombudsman bu faktların dünya irsinə qarşı mənəvi terror kimi qiymətləndirilməli olduğunu, beynəlxalq təşkilatların müvafiq reaksiya verməsinin zəruriliyini qeyd edib.

Vebinarda Əqli Mülkiyyət Agentliyinin sədri Kamran İmanov, təhsil naziri Emin Əmrullayev, mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Elnur Sultanov və digər dövlət qurumlarının nümayəndələri mövzu üzrə məruzələrlə çıxış ediblər.