Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının üzvləri ilə görüşüb

14-06-2021 301 dəfə oxunub
Ombudsman Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının üzvləri ilə görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının üzvləri ilə görüş keçirib. 

Görüş zamanı sahibkar qadınları maraqlandıran məsələlər barədə müzakirə aparılıb. Sosial layihələrdə iştirak, sahibkarlıqla məşğul olan qadınların üzləşdiyi çətinliklər, onların həlli yolları, qadın sahibkarlığının inkişafı istiqamətində meydana çıxan məsələlər əsas müzakirə mövzuları olub.

Səbinə ƏliyevaAssosiasiya üzvlərini narahat edən əsas məsələlərlə tanış olub,Ombudsmanın səlahiyyətləri çərçivəsində qadın sahibkarlığının inkişafı, sahibkarların hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti,habelə Ombudsman təsisatı nəzdində fəaliyyət göstərən Biznes və insan hüquqları üzrə İşçi Qrup haqqında məlumat verib. 

Yekunda qeyd olunan sahədə mövcud olan problemlərin vaxtında aradan qaldırılması məqsədilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınlarla davamlı olaraq məsləhətləşmələrin aparılmasının vacibliyi vurğulanıb.