Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı tərəfindən Ermənistan rəhbərliyinin uzun illər azərbaycanlılara qarşı apardığı nifrət siyasəti nəticəsində törədilmiş cinayətlər və nifrət nitqi ilə bağlı videoçarx hazırlanıb.
Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, işğal və etnik təmizləmə siyasəti ilə bağlı faktlar, Ermənistanın siyasi rəhbərliyi səviyyəsində azərbaycanlılara qarşı nifrət ifadə edən nitqlər, İkinci Qarabağ müharibəsi dövründə Azərbaycanın mülki yaşayış məntəqələrinin hədəfə alınması ilə bağlı sosial şəbəkələrdə ermənilərin verdiyi şərhlər və reaksiyalar videoda öz əksini tapıb. Bununla yanaşı, videoda Ombudsmanın münaqişə nəticəsində zərər çəkmiş ərazilərdə həyata keçirdiyi faktaraşdırıcı missiya haqqında məlumatlarda yer verilib.
Videoda istifadə edilmiş materiallar bir daha sübut edir ki, Ermənistan tərəfindən azərbaycanlılara qarşı nifrət aşılanması məqsədilə uzun illərdir həyata keçirilən siyasət nəticəsində gənc nəslində bu ruhda yetişdirilməsi bölgədə sülhün bərqərar olmasına böyük maneə yaradır.
Qeyd edək ki, bir müddət əvvəl Ombudsman Səbinə Əliyeva beynəlxalq təşkilatlara Ermənistanın azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi ilə bağlı hesabat ünvanlayıb.
Videonun linki: https://www.youtube.com/watch?v=zruscFONC6w