Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Quba və Cəlilabad şəhərlərində “İnformasiya əldə etmək hüququnun təmini insan hüquqları kontekstində” adlı maarifləndirmə tədbirləri keçirilib

06-06-2021 269 dəfə oxunub
Quba və Cəlilabad şəhərlərində “İnformasiya əldə etmək hüququnun təmini insan hüquqları kontekstində” adlı maarifləndirmə tədbirləri keçirilib

Azərbaycan Ombudsman təsisatı tərəfindən Quba və Cəlilabad rayon Heydər Əliyev Mərkəzlərində “İnsan Hüquqları Aylığı” çərçivəsində informasiya əldə etmək hüququnun müdafiəsi üzrə hüquqi maarifləndirici tədbirlər təşkil edilib. 

Tədbirlərdə Quba və Cəlilabad Rayon İcra Hakimiyyətinin, Polis Şöbəsinin, İcra Probasiya Şöbəsinin, Təhsil Şöbəsinin və informasiya sahibi olan digər qurumların nümayəndələri iştirakdə edib. 

Tədbirlərdə Quba və Cəlilabad Regional Mərkəzlərinin rəhbərləri B.Əfəndiyev və Z.İsmayılov, Ombudsman Aparatının İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri L.Zeynalova və Aparatın digər əməkdaşları çıxış edib. 

Çıxışlar zamanı Ombudsmanın informasiya əldə etmək hüququnun təmini, təbliği və təşviqi,  bu hüququn pozulması ilə əlaqədar daxil olan müraciətlərin baxılması və cavablandırılması, monitorinq və təhlillərin aparılması, habelə informasiya əldə etmək hüququ ilə bağlı digər istiqamətlərdə həyata keçirilən fəaliyyət barədə ətraflı məlumat verilib və tədbir iştirakçılarının sualları cavablandırılıb.