Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşları Hərbi Qənimətlər Parkında olublar

22-04-2021 10946 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşları Hərbi Qənimətlər Parkında olublar

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları Hərbi Qənimətlər Parkını ziyarət edərək eksponatlarla tanış olublar.

Ermənistan tərəfindən beynəlxalq hüquq normalarına zidd olaraq 30 ilə yaxın Azərbaycanın ərazi bütövlüyünü pozmaqla davam edən işğala 44 gün davam etmiş İkinci Qarabağ  müharibəsi nəticəsində son qoyulmuşdur. Bu müharibə zamanı Ermənistan ordusunun məhv edilmiş hərbi texnikasının bir qismi, ümumilikdə 300-dən çox eksponat Hərbi Qənimətlər Parkında nümayiş etdirilir.

Park ərazisində ziyarətçilərin tanış olması üçün Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən Azərbaycanın döyüş bölgəsindən uzaqda yerləşən ərazilərində mülki şəxslərin qətlə yetirilməsi və yaralanması ilə nəticələnən raket hücumlarınadair faktlar, Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları sərgilənir.