Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Gəncə Regional Mərkəzi Ümumdünya Sağlamlıq Gününə həsr olunmuş onlayn hüquqi maarifləndirmə tədbiri keçirib

09-04-2021 11042 dəfə oxunub
Ombudsmanın Gəncə Regional Mərkəzi Ümumdünya Sağlamlıq Gününə həsr olunmuş onlayn hüquqi maarifləndirmə tədbiri keçirib

Ombudsmanın Gəncə Regional Mərkəzinin təşkilatçılığı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax rayon şöbəsinin əməkdaşlarının və fəal gənclərin iştirakı ilə 7 Aprel - Ümumdünya Sağlamlıq Gününə həsr olunmuş “Sağlamlığın qorunması hüququ” mövzusunda onlayn hüquqi maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə çıxış edən Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov qeyd edib ki, 1950-ci ildən başlayaraq ənənəvi olaraq hər il aprelin 7-si Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir. Diqqətə çatdırılıb ki, sağlamlıq hüququnun təmini istiqamətində Ombudsman tərəfindən çoxşaxəli işlər görülür, təsisatın  fəaliyyətində narkomaniyaya qarşı mübarizə, İİV virusuna yoluxmuş və QİÇS-dən əziyyət çəkən xəstələrin hüquqlarının müdafiəsi və bu sahədə maarifləndirmə işinə geniş yer verilir. Həyata keçirilən bu maarifləndirmə tədbirlərinin Ombudsmanın Aparatı və Cəlilabad, Gəncə, Şəki və Quba regional mərkəzlərinin əməkdaşlarının iştirakı ilə bölgələr əhatə olunmaqla digər əlaqəli qurumlarla əməkdaşlıqda il boyu davam etdirildiyi vurğulanıb.

Onlayn tədbirdə sağlamlığın qorunması hüququ sahəsində mövcud olan normativ hüquqi aktların - “Əhalinin sağlamlığının qorunması haqqında”, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası qanunlarının müddəları iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirdə digər iştirakçılar da çıxış edərək, gənclərin sağlamlıq hüquqlarının həyata keçirilməsində maarifləndirmə tədbirlərinin əhəmiyyətini qeyd ediblər.