Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Ermənistandan olan silahlı qrup üzvlərinin işi üzrə məhkəmənin hazırlıq iclasında iştirak edib

02-06-2021 234 dəfə oxunub
Ombudsman Ermənistandan olan silahlı qrup üzvlərinin işi üzrə məhkəmənin hazırlıq iclasında iştirak edib

Bu gün Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan Respublikasının Silahlı Qüvvələrinin Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində azərbaycanlılara qarşı sülh və insanlıq əleyhinə cinayət törətməkdə, humanitar hüquqla müdafiə olunan digər şəxsləri girov saxlamaqda, onlara işgəncə verməkdə təqsirli bilinən iki üzvünün cinayət işi üzrə məhkəmənin hazırlıq iclasında iştirak edib.

Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında Ombudsmanla yanaşı, vətəndaş cəmiyyəti nümayəndələri və media nümayəndələri də iştirak ediblər.

Silahlı qrupun üzvlərinin saxlanıldığı müəssisəyə onların saxlanma şəraitinin, hüquqlarının təmini vəziyyətinin öyrənilməsi məqsədilə Ombudsman tərəfindən bir neçə dəfə başçəkmə həyata keçirilib və bununla bağlı xüsusi hesabatlar hazırlanaraq aidiyyəti beynəlxalq insan hüquqları təşkilatlarına göndərilib.