Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Regionlarda Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tədbirlər təşkil edilib

02-06-2021 233 dəfə oxunub
Regionlarda Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tədbirlər təşkil edilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Gəncə, Şəki, Quba və Cəlilabad regional mərkəzləri tərəfindən “İnsan Hüquqları Aylığı” çərçivəsində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə tədbirlər təşkil edilib.

Gəncə Regional Mərkəzi hüquqi maarifləndirici tədbiri şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyası ilə birgə təşkil edib. Tədbirdən əvvəl iştirakçılar gimnaziya şagirdlərinin uşaq hüquqları mövzusunda çəkdikləri rəsmlərlə tanış olublar və şagirdlərin rəqslərindən ibarət mədəni proqramı izləyiblər. Bundan başqa, Regional Mərkəzin əməkdaşı Gəncə Uşaq Yaradıcılıq və İnkişaf Mərkəzinin təşkil etdiyitədbirdə iştirak edib.

Ombudsmanın Şəki Regional Mərkəzi Şəki şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada və Qarışıq Tipli Uşaq Evində müəllim və uşaqlarla görüştəşkil edib. Şəki Regional Mərkəzinin rəhbəri həmçinin “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilmiş videokonfransda iştirak edib.

Ombudsmanın Quba Regional Mərkəzi tərəfindən Quba şəhər Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlar üçün Tam Orta İnternat Məktəbində və Xüsusi Peşə məktəbində uşaqlarla görüş və maarifləndirmə tədbiri keçirilib. Bundan başqa, regional mərkəzin rəhbəri Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin təşkil etdiyi vebinarda iştirak edib.

Ombudsmanın Cəlilabad Regional Mərkəzi isə “Uşaqlara qayğı xalqın gələcəyinə qayğıdır!” mövzusunda Masallı Bioloji Təbabət Klinikası, Cəlilabad şəhər 8 saylı Texniki və Humanitar fənlər təmayüllü məktəb-liseyi, Lənkəran şəhər O.Mirzəyev adına Qarışıq Tipli Uşaq Evi və İnteqrasiya təlimli internat tipli gimnaziyada maarifləndirici tədbirlər keçirib.

Keçirilən tədbirlərdə uşaqlara Ombudsman Səbinə Əliyevanın adından təbriklər çatdırılıb, həssas əhali qrupu olan uşaqların hüquqlarının diqqət mərkəzində saxlandığı qeyd olunub. Ombudsmanın uşaq hüquqlarının təmin olunmasına yönəlmiş fəaliyyəti, təsisatda uşaq hüquqlarının müdafiəsi sektorunun yaradıldığı barədə iştirakçılara məlumat verilib.