Avropa İttifaqı və Avropa Şurasının Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq II (PGGII) proqramıçərçivəsində “Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” layihəsi üzrəonlayn platformada təlim keçirilib.
Layihənin həyata keçirilməsində məqsədqadınlara qarşı zorakılıq, məişət zorakılığı və gender bərabərliyi standartlarına, habelə qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında müvafiqsənəd – İstanbul Konvensiyasına dair məlumatlılığınartırılmasıdır.
Ombudsman Aparatının əməkdaşları ilə yanaşı, Ədliyyə Nazirliyinin və Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin iştiraketdiyi təlimdə iştirakçılar müvafiq sahələr üzrə öz təcrübələrini paylaşıb, metodologiyanın təkmilləşdirilməsində iştirak ediblər.
Tədbir təqdimatlardan sonra yekun çıxışlarla başa çatıb.