Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının sosial şəbəkə hesabları informasiya mübadiləsində mühüm vasitədir

29-01-2021 236 dəfə oxunub
Ombudsman Aparatının sosial şəbəkə hesabları informasiya mübadiləsində mühüm vasitədir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyətinə dair məlumatların çevik və effektiv şəkildə əhaliyə, kütləvi informasiya vasitələrinə çatdırılmasını təmin etmək üçün “Facebook” və “Twitter” sosial şəbəkələrindən istifadə olunur. Yaxın vaxtlarda “Instagram”, “Youtube”, “Telegram” sosial şəbəkə hesabları da istifadəyə veriləcəkdir.

44 günlükVətənmüharibəsidövründə Ermənistan hərbi-siyasi rəhbərliyinin törətdiyi müharibə cinayətləri, habelə dağıdılmış tarixi, dini, mədəni, təhsil, səhiyyə, sosial obyektlərlə bağlı həyata keçirilmiş faktaraşdırıcı missiyaların nəticələrinə dair məlumatların operativ şəkildə beynəlxalq ictimaiyyətə və xarici mediaya çatdırılmasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının sosial şəbəkə hesabları önəmli vasitə olub.

Bu günlərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının “Facebook” səhifəsi (https://www.facebook.com/ombudsman.az) rəsmi olaraq mavi nişan vasitəsi ilə təsdiqlənib. Təsdiqlənmiş səhifə mənasını bildirən mavi nişanın köməyi ilə orijinal səhifə saxta səhifələrdən fərqləndirilir.

Rəsmi səhifəmizin təsdiq olunmasına görə bütün izləyicilərimizə təşəkkür edirik!