Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşları gender bərabərliyi mövzusunda keçirilmiş təlim kursunda iştirak ediblər

06-02-2020 342 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşları gender bərabərliyi mövzusunda keçirilmiş təlim kursunda iştirak ediblər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları - Elmi-analitik sektorun baş məsləhətçisi Lamiyə Zeynalova, Mülki və siyasi hüquqların müdafiəsi sektorunun böyük məsləhətçisi Aysel Yaqubova 30-31 yanvar 2020-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) birgə təşkilatçılığı ilə gender bərabərliyi mövzusunda keçirilmiş təlim kursunda iştirak ediblər.

Təlim çərçivəsində gender əlifbası, gender bərabərliyinin təmin olunması, qadın hüquqlarının müdafiəsi, milli qanunvericilikdə gender məsələləri və qadın hüquqları, beynəlxalq sənədlərdə gender və s. mövzularda təqdimatlar olub, qrup işləri aparılıb və nəticələr müzakirə olunub. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin fəaliyyətində gender məsələləri və qadın hüquqlarının müdafiəsi prioritet məsələlərdəndir. Ombudsman bu sahədə işini Pekin Fəaliyyət Platformasının 12 istiqaməti üzrə aparır. 

Tədbirdə qeyd edilib ki, bu cür təlimlərin keçirilməsi kişi və qadınlara ictimai həyatın bütün sahələrində bərabər imkanların yaradılmasının əhəmiyyətinin diqqətə çatdırılması baxımından önəmlidir. 

Sonda təlim iştirakçıları Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən sertifikatla təltif olunublar.