Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Moldova parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri ilə görüş keçirib

04-05-2024 1341 dəfə oxunub
Ombudsman Moldova parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri ilə görüş keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Moldova Respublikası Parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Vitali Jakotla görüş keçirib.

Görüş zamanı Ombudsman qonağa insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyət barədə məlumat verib.

Müvəkkil təsisatın fəaliyyətində beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verildiyini bildirib, xarici ölkələrin ombudsman və milli insan hüquqları təsisatları ilə, o cümlədən Moldova Ombudsmanı ilə sıx əməkdaşlıq əlaqələrindən bəhs edib, hər iki ölkənin vətəndaşlarının hüquqlarının səmərəli müdafiəsi ilə bağlı birgə əməkdaşlıq fəaliyyətinin davam etdirildiyini qeyd edib.

Müvəkkil İkinci Qarabağ müharibəsi nəticəsində Ermənistanın 30 illik işğalına işğalına son qoyulduğunu, azad edilmiş ərazilərdə bərpa-quruculuq layihələrinin, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı prosesinin həyata keçirildiyini qeyd edib. Lakin həmin ərazilərdə işğal dövründə basdırılmış minaların görülən işlərə maneə törətdiyi, eləcə də mülki şəxslərin həyat və sağlamlığına təhdid yaratdığı diqqətə çatdırılıb.

Səbinə Əliyeva cari ildə ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a ev sahibliyi edəcəyini bildirib, bu istiqamətdə mümkün əməkdaşlıq perspektivləri müzakirə olunub.

Moldova Respublikası Parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Vitali Jakot öz növbəsində səmimi görüşə görə təşəkkürünü bildirib.

Görüşdə, həmçinin Azərbaycanla Moldova arasında insan hüquqları sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsi və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılıb.