Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşı “Əmək sahəsində beynəlxalq hüquqi standartlar və onların Azərbaycanda tətbiqi” mövzusunda seminarda iştirak edib

17-06-2024 982 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşı “Əmək sahəsində beynəlxalq hüquqi standartlar və onların Azərbaycanda tətbiqi” mövzusunda seminarda iştirak edib

Azərbaycan Republikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası və Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkərlar İttifaqı Respublika Komitəsi tərəfindən “Əmək sahəsində beynəlxalq hüquqi standartlar və onların Azərbaycanda tətbiqi” mövzusunda birgə seminar keçirilib.

Aparatın Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin sektor müdiri Mahir Məmmədov həmin seminarda təlimçi qismində iştirak edib.

Təlim zamanı Ombudsmanın insan hüquq və azadlıqlarının, o cümlədən əmək hüququnun müdafiəsi sahəsindəki fəaliyyəti barədə geniş məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.