Tərtər rayonunun Şıxarx qəsəbəsi ərazisində ağacəkmə aksiyası keçirilib.
Ombudsmanların Beynəlxalq Bakı Forumunun iştirakçıları həmin aksiyada iştirak ediblər.
Səfər iştirakçılarına, həmçinin Tərtər rayonunda mülki əhalinin sıx yaşadığı ərazilərin davamlı şəkildə Ermənistan silahlı qüvvələrinin ağır artilleriya atəşinə və raket hücumuna məruz qalması, insan tələfatı və dağıntılar barədə geniş məlumatlar təqdim olunub.