
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal, Qərb, Şimal-Qərb və Cənub regional mərkəzləri tərəfindən Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər təşkil olunub.
Tədbirlərdə Xocalı soyqırımı ilə əlaqədar tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Müvəkkil tərəfindən görülən işlərdən ətraflı bəhs edilib, hər il ənənəvi olaraq Xocalı soyqırımının ildönümü ilə bağlı beynəlxalq təşkilatlara, xarici ölkələrin ombudsman və milli insan hüquqları institutlarına bəyanat ünvanlandığı bildirilib.
Eyni zamanda, bu cinayət əməlinin beynəlxalq hüquq çərçivəsində soyqırımı aktı kimi tanınmasının, cinayətkarların ədalət mühakiməsi qarşısında cavab vermələrinin əhəmiyyəti diqqətə çatdırılıb.