Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Azərbaycanın Ombudsman təsisatı İnformasiya Komissarlarının Beynəlxalq Konfransının İcraiyyə Komitəsinə üzv seçilib

30-09-2026 47 dəfə oxunub
Azərbaycanın Ombudsman təsisatı İnformasiya Komissarlarının Beynəlxalq Konfransının İcraiyyə Komitəsinə üzv seçilib

Syerra-Leonenin Fritaun şəhərində “Rəqəmsal dövrdə informasiya dəqiqliyinin müdafiəsi: Dezinformasiya ilə mübarizədə informasiyaya əlçatanlığın rolu” mövzusunda İnformasiya Komissarlarının XVIl Beynəlxalq Konfransı (ICIC XVII) keçirilib.

Tədbir çərçivəsində 2026–2029-cu illər üçün İnformasiya Komissarlarının Beynəlxalq Konfransının İcraiyyə Komitəsinin yeni tərkibi təsdiqlənib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı təşkilatın İcraiyyə Komitəsinə üzv seçilib.

Qeyd edək ki, Azərbaycanın Ombudsman təsisatı informasiya əldə etmək hüququnun təmin olunması sahəsində böyük nüfuza sahib olan, dünyanın bir çox ölkələrinin informasiya ombudsmanlarını, habelə bu sahədə fəaliyyət göstərən digər qurumları özündə birləşdirən Beynəlxalq İnformasiya Ombudsmanları Konfransının 2023-cü ildən tamhüquqlu üzvüdür.

Azərbaycan Ombudsmanı qanunvericiliyə uyğun olaraq informasiya əldə etmək hüququnun təmini, təbliği və təşviqi, bu sahədə hüquqi maarifləndirmə və monitorinqlərin aparılması, təhlillərin aparılması istiqamətlərində geniş fəaliyyət həyata keçirməkdədir.