Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Milli Preventiv Qrupun üzvləri uşaq müəssisələrində olub

19-11-2026 59 dəfə oxunub
Milli Preventiv Qrupun üzvləri uşaq müəssisələrində olub

“Uşaq Hüquqları Aylığı”nda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Milli Preventiv Qrupunun üzvləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 və 2 saylı uşaq evi sosial xidmət müəssisələrində olub.

Müəssisələrdə uşaqların yaşayış və saxlanma şəraiti, onlarla rəftar, hüquq və qanuni mənafelərinin təmin olunması vəziyyəti, təhsil, sağlamlıq, sosial müdafiə və digər hüquqlarının həyata keçirilməsi imkanları, həmçinin mövcud şəraitlə yerində tanış olunub.

Eyni zamanda, uşaqlar üçün onların yaş xüsusiyyətlərinə uyğun hüquqi maarifləndirmə sessiyaları təşkil edilib, uşaq hüquqları, bu hüquqların müdafiəsi mexanizmləri və Ombudsmana müraciət imkanları, o cümlədən “916” Çağrı Mərkəzi barədə məlumat verilib.

Eləcə də müəssisələrə uşaqlar üçün xüsusi hazırlanmış, onların hüquqlarını sadə və anlaşıqlı dildə izah edən məlumatlandırıcı bukletlər təqdim olunub.

Yekunda müəssisələrin rəhbərliyinə uşaqların hüquq və qanuni mənafelərinin daha səmərəli təmin olunması, onların yaşayış, təhsil və sosial-məişət şəraitinin təkmilləşdirilməsi, sağlam və təhlükəsiz mühitdə inkişafı, fərdi ehtiyaclarının nəzərə alınması istiqamətində müvafiq tövsiyələr verilib.