Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Qərb Regional Mərkəzi tərəfindən şəhid ailələrinə ziyarətlər davam etdirilir

27-12-2022 373 dəfə oxunub
Ombudsmanın Qərb Regional Mərkəzi tərəfindən şəhid ailələrinə ziyarətlər davam etdirilir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən, Ombudsmanın Qərb Regional Mərkəzinin əməkdaşları Vətən müharibəsi şəhidləri Məmmədov Hikmət Lətif oğlunun və Qasımov Nicat Elşan oğlunun ailələrini ziyarət ediblər.

Görüş zamanı qeyd olunub ki, Ombudsman Səbinə Əliyeva tərəfindən Vətən müharibəsi şəhidlərinin ailələrinə və müharibə veteranlarına, onların hüquqlarının təmin olunmasına daim xüsusi diqqət və qayğı ilə yanaşılır. Müvəkkilin bu sahədə fəaliyyəti, qanunvericilikdən irəli gələn hüquqlar barədə məlumatlar da diqqətə çatdırılıb.