Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri məişət zorakılığına və sahibkarlıq fəaliyyətinə dair tədbirlərdə çıxış edib

26-08-2022 280 dəfə oxunub
Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri məişət zorakılığına və sahibkarlıq fəaliyyətinə dair tədbirlərdə çıxış edib

Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Lənkəran şəhərində keçirilmiş “Məişət zorakılığı qurbanları ilə sosial iş” mövzusunda tədbirdə iştirak edib. O, çıxışında iştirakçılara Ombudsmanın məişət zorakılığının qarşısının alınması sahəsində fəaliyyəti, həmçinin “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu, məişət zorakılığının qarşısının alınması sahəsində əsas prinsiplər, bu mövzuda şikayətlərə baxılması qaydası və digər mühüm müddəalar barədə geniş məlumat verib.

Cənub Regional Mərkəzinin rəhbərinin iştirak etdiyi növbəti tədbir isə Masallı şəhərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Masallı KOB dostu tərəfindən “Gənclərin sahibkarlıq fəaliyyətinə təşviqi” mövzusunda keçirilib.  

Z.İsmayılov tədbirdə “Gənclərin insan hüquqları sahəsində məlumatlılıq səviyyəsinin artırılması və gənclər arasında anti-sosial davranışların qarşısının alınması üzrə preventiv tədbirlərin görülməsi” mövzusunda çıxış edib. O, çıxışında Ombudsmanın fəaliyyət istiqamətləri barədə də geniş məlumat verib.

Sonda gənc sahibkarların sualları cavablandırılıb, gələcək əməkdaşlıq imkanları müzakirə edilib.