Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşı Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirdə iştirak edib

01-04-2021 220 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşı Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirdə iştirak edib

“Azərkitab-Kitab Mərkəzi” 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir təşkil edib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Azadə Novruzova həmin tədbirdə iştirak edib.

Aparatın əməkdaşı tədbir iştirakçılarına Ombudsman Səbinə Əliyevanın Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı dünya ictimaiyyətinə ünvanladığı bəyanat haqqında məlumat verib. Bakı, Şamaxı, Zəngəzur, Göyçə, Naxçıvan, İrəvan, Qarabağ və digər bölgələrdə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımın beynəlxalq səviyyədə tanıdılması istiqamətində Ombudsmanın fəaliyyəti iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirdə çıxış edən alimlər, ziyalılar və diaspora nümayəndələri 1918-ci ilin mart-aprel aylarında törədilən kütləvi qırğın və talanlar barəsində tarixi faktlar və arxiv sənədləri əsasında ətraflı məlumat veriblər.

Tədbirin yekununda xalqımıza qarşı törədilmiş bu soyqırımın beynəlxalq müstəvidə hüquqi-siyasi qiymətləndirilməsi istiqamətində gələcək fəaliyyət planları müzakirə olunub.